Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ”Ana dilimiz milli iftixarımızdır” mövzusunda tədbir keçirdi

31.07.2021

31 iyul 2021-ci il tarixində Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş "Ana dilimiz milli iftixarımızdır" mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru  Güldərən İbrahimova əsrlərdən, nəsillərdən bizə yadigar qalan ana dilimizin inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyev dilimizin inkişafına və təbliğinə böyük qayğı göstərib. Mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, dilimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikalı ədəbiyyatın kütləvi nəşrlərinin həyata keçirilməsi haqqında” sərəncamı bu işlərin parlaq təzahürüdür. Tədbirdə fəal oxucular tərəfindən Azərbaycan dilinə həsr olunmuş seirlər səsləndiriib.